Modern.az

Məkkədə türklərin qaldığı oteldə yanğın olub

Məkkədə türklərin qaldığı oteldə yanğın olub

Dünya

12 İyul 2012, 10:52

Modern.az xarici mətbuata istinadən bildirir ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində, türklərin qaldığı oteldə yanğın baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb. Hadisədə insan itkisi və yaralanma olmayıb.

Yanğın, saat 23.30-da ziyarət üçün gələn türklərin qaldığı “Bədir Otel”inin restoran hissəsində başlayıb. Ziyarət üçün gələn və oteldə qalan 500 türk vətəndaşı, çıxan tüstü səbəbiylə çaxnaşmaya qapılaraq binanı tərk edib. Hadisə yerinə çoxlu sayda xilasetmə və təcili yardım vasitəsi gəlib. Otelin ətrafındakı yollar maşınların girişi bağlanıb. Yanğın digər ərazilərə keçmədən söndürülüb. Bir müddət çöldə gözləyən otel sakinləri, alov söndürüləndən sonra otaqlarına geri dönüblər.  

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi