Modern.az

Prezidentlərin Soçidəki görüşü

Prezidentlərin Soçidəki görüşü

25 Yanvar 2010, 14:24

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü bir saatdan artıqdır davam edir. “Krasnaya polyana” Qəbul Evində keçirilən görüşdə prezidentlər  Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər.
Rusiya mətbuatının məlumatına görə,  görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Sergey Prixodko, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan prezident aparatının direktor müavini Vigen Sarkisyan da iştirak edir. Prezidentlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?