Modern.az

“Şuşanın alınması ilə düşmənin beli qırıldı, sonrakı döyüşlər asanlaşacaq” - General

“Şuşanın alınması ilə düşmənin beli qırıldı, sonrakı döyüşlər asanlaşacaq” - General

9 Noyabr 2020, 13:36

1992-ci ilin 8 mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa 2020-ci ilin 8 noyabrında azadlığına qovuşdu. Düz 28 il 6 aydan sonra Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.

Amma Şuşanın azad olunmasına ümid olduğu qədər bunun mümkünsüzlüyünü düşünənlər də vardı.

Buna əsas səbəb kimi Şuşanın sıldırım qayaların üzərində, hündür dağların əhatəsində olması göstərilirdi. Ona görə də Şuşanın azadlığı uğrunda aparılan döyüşlərin asan və qısa zaman kəsiyində mümkün olmayacağı söylənilirdi.

Hazırda İkinci Qarabağ savaşı davam edir.


Maraqlıdır, Şuşanın azad edilməsindən sonra digər ərazilərin geri qaytarılması istiqamətində aparılan döyüşlər çətin ola bilərmi? Şuşanın azad olunması müharibənin gedişinə necə təsir edəcək?


Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov Modern.az-a açıqlamasında mövzu barədə danışıb. General-leytenant uğurlarımızın çox olacağını deyib:


“Düzdü, Şuşada sıldırım qayalar, keçilməz yollar var. Sözsüz ki,  bunlar da önəm daşıyır. Şuşanın alınması ilə düşmənin beli qırılıb. Şuşasız Qarabağı təsəvvür etmək qeyri-mümkündür. Ona görə də uğurlarımız çox olacaq. Ümumiyyətlə, Şuşadan sonra digər ərazilərin azad edilməsi qat-qat asan olacaq”.

“Məsələn, Kəlbəcər də yüksəklikdə yerləşir. Diqqət edin. Əgər bir tərəfdən Şuşaya yol tapıb girə bilmişiksə, Kəlbəcərə girməyə bir neçə imkanımız var. Ağdam tərəfə gəlincə, ordumuz ordan elə zərbələr endirəcək ki, ermənilər ordan qaçmağa məcbur olacaqlar. Sadəcə variantlar var ki, onu da Ali Baş Komandan və müdafiə naziri söyləyə bilər”-deyə keçmiş korpus komandiri əlavə edib.


Yaşar Aydəmirov bu gün ermənilərin ərazilərimizi tərk etmələrinə də toxunub:


“Zamanında ermənilərə dedik ki, ən asan yolla bu torpaqları tərk edin. Onlar bizi eşitmədilər. İndi ən çətin yolla Qarabağı tərk edirlər. Elə o çətin yollarda da bir-birlərini basıb öldürəcəklər. Ağılları olsa idi Xankəndi-Şuşa-Laçın-Ermənistan yolu ilə gedərdilər. Ancaq getmədilər. Çünki onlar fikirləşirdilər ki, Şuşanı ala bilmərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir