Arxiv
10 Noyabr 2020, 12:25 | DİASPOR
Şuşanın işğaldan azad olunması Münhendə qeyd olundu

 

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın  qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.

 

Həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun  qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər. 

 

Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv