Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı iclas olacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı iclas olacaq

25 Yanvar 2010, 16:50

st1:*{behavior:url(#ieooui) }

Yanvarın 28-29-da Tiflis şəhərində Bakı-Tbilisi-Qars Dəmir yolu xətti layihəsi ilə bağlı Koordinasiya Şurasının VIII iclası keçiriləcək. Toplantıda Koordinasiya Şurasının ötən ilin oktyabrında Bakı şəhərində keçirilmiş VII iclasından keçən dövr ərzində görülmüş işlərin hesabatının dinlənilməsi, “Marabda- Kartsaxi Dəmir Yolu” ASC-nin 2010-cu il büdcəsinin təsdiq olunması, həmçinin əldə edilən razılığa əsasən, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısı” layihəsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər hissənin tikintisi üçün Azərbaycan hökumətinin Gürcüstan tərəfinə ayırdığı kreditin istifadəsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Modern.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidməti xəbər verib. Tiflisdəki tədbirdə nəqliyyat naziri, Koordinasiya Şurasının həmsədri Ziya Məmmədov iştirak edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı