Modern.az

Dövlət torpaqlarında qanunsuz aparılan tikinti ilə əlaqədar 170 iddia qaldırılıb

Dövlət torpaqlarında qanunsuz aparılan tikinti ilə əlaqədar 170  iddia qaldırılıb

25 Yanvar 2010, 17:33

Modern.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsində keçirilən kollegiya iclasında bildirilib ki, ötən il 300-ə yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Nizamnamə kapitalında dövlətin payı olan 356 səhmdar cəmiyyətindən və idarəetmədə olan 202 dövlət müəssisəsindən balans hesabatları qəbul edilib.

 

Dövlət qurumlarının və ictimai təşkilatların yerləşdirilməsi ilə bağlı dövlət ehtiyaclarının ödənilməsi sahəsində 2009-cu ildə 40-a yaxın təşkilat müvafiq bina və qeyri-yaşayış və torpaq sahəsi ilə təmin olunub.

Ötən ildə 700-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib. İcarə haqlarını ödəməyən 900-ə yaxın qeyri-yaşayış sahəsinin icarəçisinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 200-ə yaxın iddia ərizəsi göndərilib və bununla bağlı 35 məhkəmə qərarı qəbul edilib. 2009-cu il ərzində torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 200-ə yaxın icarə müqaviləsi bağlanıb. İcarə borclarını vaxtında ödəməyən 180 torpaq icarəçisinə xəbərdarlıq məktubu göndərilib, 40 icarəçiyə qarşı iddia qaldırılıb.

Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinq keçirilib və 600-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə 170-ə yaxın faktla bağlı məhkəmələrə iddia ərizələri verilib.

İcarə haqlarının yığılmasında şəffaflığın və operativliyin təmin edilməsi, nağd qaydada ödənişlərin azaldılması məqsədi ilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən bu il ərzində 11 minə yaxın ödəniş həyata keçirilib.

Komitə tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilməkdədir. Görülən işlərin nəticəsində 2009-cu ildə qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 5 mln. manat vəsait daxil olunub.

01 yanvar 2010-cu il vəziyyətinə 6000-dən çox hüquqi şəxs statuslu dövlət müəssisələri  və onların 5000-ə yaxın filiallarının (cəmi 11000-ə yaxın təsisat) malik olduğu 120000-dən artıq daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınıb. İl ərzində dövlət əmlakının Registrinə 1700-dən çox müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında Qeydiyyat vərəqələri daxil olub və məlumat bazasına işlənib.

2009-cu ildə respublika üzrə 89 mindən artıq daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 30 minə yaxını ilkin, 59 minə yaxını isə təkrar qeydiyyat olub. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 19 minə yaxını fərdi yaşayış və bağ evi, 34 minə yaxını mənzil, 31 mini torpaq sahəsi, 5 minə yaxını qeyri-yaşayış sahəsi, 440-a yaxını əmlak kompleksi, 8-i çoxmərtəbəli yaşayış binası, 570-ə yaxını çoxillik əkmə təşkil edib. Bunula yanaşı, hesabat müddətində 15,5 minə yaxın ipoteka müqaviləsi, 650-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

2009-cu ildə 85 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport tərtib edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!