Modern.az

Sünnət qadağan edilməyəcək – Ölkə rəhbəri

Sünnət qadağan edilməyəcək – Ölkə rəhbəri

14 İyul 2012, 12:27

Almaniyanın Köln şəhəri bir ay əvvəl sünnəti qadağan etmişdi. Bu isə müsəlman və yəhudilərin etirazına səbəb oldu. Modern.az xəbər verir ki, bu məsələyə  Almaniyanın kansleri Angela Merkel sözçüsü Steffen Seibert vasitəsilə aydınlıq gətirib. O, söz verib ki, məhkəmənin qərarı olsa da sünnət qadağa olunmayacaq. Seibert “hökumətdəki hər bir kəsin Almaniyadakı müsəlman və xristianların yaşayışına hörmət etdiyi məlumdur.

Qeyd edək ki, bir müddət öncə 4 yaşındakı müsəlman oğlanın sünnətdən vəziyyətinin pisləşməsindən sonra Köln Məhkəməsi həkim haqqında istintaq başladı. Bununla da Köln Əyalət Məhkəməsi sünnəti qadağan etmişdi. Bu isə Almaniyada yaşayan 4 milyon müsəlmanın etirazlarına səbəb oldu.

Sevinc İltifatqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir