Modern.az

İşğaldan azad olunmuş rayonlara komendantlar təyin olundu - DİN

İşğaldan azad olunmuş rayonlara komendantlar təyin olundu - DİN

12 Noyabr 2020, 14:30

İşğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə Daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı