Modern.az

Azərbaycanda koronavirusdan rekord ölüm - FOTO

Azərbaycanda koronavirusdan rekord ölüm - FOTO

12 Noyabr 2020, 14:45

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 70216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17325  nəfərdir.

 

Ölkədə son sutka ərzində 117965, hazırkı dövrədək isə 1479638 test aparılıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir