Modern.az

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

Diaspor

12 Noyabr 2020, 15:06

"Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.

 

Modern.az xəbər verir ki, Almaniyanın Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib.

 

Aksiya iştirakçıları həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır