Modern.az

Mehdi Kərrubi Əhmədinecadı prezident kimi tanıyıb

Mehdi Kərrubi Əhmədinecadı prezident kimi tanıyıb

25 Yanvar 2010, 18:00

İranın əsas müxalifət liderlərindən biri Mehdi Kərrubi deyib ki, o, ötən ilki seçkilərdə kütləvi pozuntuların olduğuna inansa da, Mahmud Əhmədinecadı prezident kimi tanıyır.  (BBC). İndiyə kimi Kərrubi Əhmədinecadın ziddiyyətlərə səbəb olaraq yenidən seçilməsini tanımaqdan imtina edirdi. M.Kərrubinin oğlu deyib ki, atasının seçkilərə dair hələ də şübhələri var, amma ali ruhani lider Ayatulla Əli Xameneyinin Əhmədinecadın namizədliyini təsdiqləməsindən sonra o, prezidenti hökumət başçısı kimi tanıyıb. Müxalifət fəalları gələn ay keçiriləcək İnqilab gününə hazırlıq kimi Əhmədinecad əleyhinə etiraz nümayişlərinə hazırlaşırlar.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi