Modern.az

Rusiya sülhməramlıları Xankəndiyə girdi

Rusiya sülhməramlıları Xankəndiyə girdi

Hadisə

12 Noyabr 2020, 23:05

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

 

“Bu gün, noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov deyib.

 

O qeyd edib ki, Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib. Onlardan dördü “Cənub” məsul zonasındadır:

 

“Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorski sovxozunu nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı