Modern.az

Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənilib

Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənilib

Diaspor

13 Noyabr 2020, 10:25

 

Möhtərəm Cənab Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib. 

 

Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yarasız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi. 

 

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi  tərəfindən ödənilib.

 

Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq,  eləcə də hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı