Modern.az

Parlamentdən Polad Bülbüloğlunun çıxışına REAKSİYA: “Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir”

Parlamentdən Polad Bülbüloğlunun çıxışına REAKSİYA: “Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir”

13 Noyabr 2020, 14:15

Azərbaycan 44 gün ərzində Vətən Müharibəsi aparıb. Artıq dünya mətbuatında dünya hərbi ekspertləri Azərbaycanın nailiyyəti barədə fikir mübadiləsi aparırlar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib.

 

Deputat qeyd edib ki, üç dövlət başçısının imzaladığı bəyanatda Ermənistanın faktiki olaraq ərazilərdən çəkilməsi barədə məsələlər yer alıb:

 

Sənəddə Dağlıq Qarabağın statusunun olmaması çox əhəmiyyətlidir. Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın xarici işlər nazirini əvəz edir. Bu insanlar özü istefa etməlidir. Bütün dövlət məmurları Prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır. Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı