Modern.az

Şuşanın azad olunması xəbərini eşidən separatçı özünə qəsd etdi

Şuşanın azad olunması xəbərini eşidən separatçı özünə qəsd etdi

Hadisə

13 Noyabr 2020, 16:00

9 noyabr 2020-ci ildə Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib.

 

İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, o, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirmiş və özünə qəsd etməyə əl adıb.

 

Qeyd edilib ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!