Modern.az

Azərbaycan və Ermənistan Madrid prinsiplərinə dair öz təkliflərini hazırlayacaqlar

Azərbaycan və Ermənistan Madrid prinsiplərinə  dair öz təkliflərini hazırlayacaqlar

Təhsil

25 Yanvar 2010, 18:37

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yenilənmiş Madrid prinsiplərinə əlavələrə dair öz təkliflərini hazırlayacaqlar. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bugünkü görüşünü jurnalistlərə şərh edən Lavrov qeyd edib ki, üçtərəfli görüşün nəticəsi olaraq prezidentlər münaqişənin həllində mübahisə doğuran məsələlər üzrə öz konkret ideyalarını hazırlayacaqlar. Lavrova görə, görüşün başlıca nəticəsi budur və bu ideyalar sonradan nizamlamaya dair əsas prinsiplərə əlavə olunacaq.    

 

"Bu gün ATƏT-in Minsk Qrupunun (Rusiya, ABŞ, Fransa) həmsədrlərinin səylərini möhkəmləndirən ötən il başlamış, bütün maraqlı tərəflər üçün əlverişli ola biləcək sülh yolu ilə nizamlanma üzrə danışıqlar davam etdirilib", - deyə nazir bildirib.

 

Lavrovun  sözlərinə görə, Soçidə  Minsk Qrupu həmsədrlərinin təqdim etdikləri konkret təkliflərə baxılıb. Lavrova ə görə, bu sənədin preambulasında (giriş hissəsi) ümumi anlaşma var. Belə sənədin mövcud olması hamı tərəfindən faydalı hesab edilib. S.Lavrov bildirib ki, çünki o danışıqları mücərrəd deyil, konkret formullar üzrə aparmağa imkan verir. 

XİN başçısı bu günkü danışıqların faydalı olacağına ümidini ifadə edib və prezidentlərin danışıqları davam etdirməklə bağlı razılığa gəldikləri barədə məlumat verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü