Arxiv
14 Noyabr 2020, 15:56 | DİASPOR
Qətərdə Azərbaycanın şanlı qələbəsi coşqu ilə qeyd edilib

Qətərdə yaşayan azərbaycanlılar işğal altında olan torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini yüksək sevinc hissi ilə qarşılayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın şanlı qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Doha şəhərində avtoyürüş təşkil edilib.

 

Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Biz qalibik” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını və qazanılan qələbəyə görə şanlı Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hər üç ölkənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv