Modern.az

İranda yemək səhnələri olan filmlərin yayımına qadağa qoyuldu

İranda yemək səhnələri olan filmlərin yayımına qadağa qoyuldu

16 İyul 2012, 15:58

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran hakimiyyət orqanları yemək səhnələrini nümayiş etdirən film və verilişlərin yayımlanmasına qadağa qoyulmasını təklif edib. Məmurların fikrincə, bu cəmiyyətdə dəbdəbədən yararlana bilməyən əhali arasında sosial təbəqələşməni daha sərt əks etdirir, belə səhnələr əhali arasında qəzəb və qibtə hissinin yaranmasına gətirib çıxarır.

İranın daxili işlər naziri İsmayıl Əhmədi Muqəddəm bildirib ki, kino cəmiyyətin aynasıdır. Əhalinin kasıb təbəqəsi o filmlərə baxaraq, zəngin insanların yaşayış tərzini gördükdən sonra hökümətdən öz haqqlarına düşən payı tələb edə bilərlər. Televiziya əlçatmaz həyat səviyyəsini nümayiş etdirməli deyil.
Bu bəyanat ölkədə iqtisadi vəziyyət çətinləşdikdən, inflyasiya yaranandan sonra qəbul olunub. Hazırda İranda toyuq məhsulları üçqat bahalaşıb. Yerli fermerlər bunun səbəbini valyuta çatışmazlığı üzündən ölkəyə idxal olunan heyvan və toyuq yemlərinin azalması ilə izah edirlər. Bundan əlavə, İran milli valyutasının – rialın məzənnədən düşməsi ucbatından aşağı təbəqənin nümayəndələri toyuq məhsullarını ancaq ixtisaslaşmış dövlət mağazalarında əldə edə bilərlər. Bu mağazalarda da tələbat çox olduğundan böyük növbələr olur.
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir