Modern.az

"Qarabağ münaqişəsinin güc yolu ilə həlli istisnadır"

"Qarabağ münaqişəsinin güc yolu ilə həlli istisnadır"

Təhsil

25 Yanvar 2010, 19:46

"Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli istisnadır". Modern.az-ın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının bugünkü iclasında qurumun sədri Luis Mariya de Puç bildirib.  Onun sözlərinə görə, AŞ PA-nın Dağlıq Qarabağa dair alt komitəsinin fəaliyyəti canlandırılmalıdır. Puç hesab edir ki, alt komitə münaqişənin həllində vacib rol oynaya bilər.

  

  

“Biz tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışdıq. Mən münaqişənin güc yolu ilə həllini və qarşıdurmanı tamamilə istisna edirəm. Bu, həm də  Avropa Şurasının mövqeyidir”,- deyə Luis Mariya de Puç bildirib. O əlavə edib ki, münaqişə yalnız sülh, dialoq yolu ilə həll olunmalıdır. O qeyd edib ki, AŞ PA-nın yeni seçilmiş sədri bu istiqamətdə fəaliyyəti davam etdirəcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü