Modern.az

Mövlut Çavuşoğlu: “AŞPA Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”

Mövlut Çavuşoğlu: “AŞPA Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”

25 Yanvar 2010, 19:50

“AŞPA Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”. Modern.az-ın məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının yeni sədri vəzifəsinə  seçilən türk parlamentari Mövlut Çavuşoğlu bu gün Strasburqda keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, müharibələr problemlərin həlli  yolu deyil. M.Çavuşoğlu qeyd edib ki, AŞPA Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ondan asılı olan hər şeyi edəcək.

 

“Bu,öz həllini gözləyən məsələlərdən biridir. ATƏT-in Minsk qrupu, həmsədr ölkələr, eləcə də İsveçrə münaqişənin nizamlanması istiqamətində bütün səylərini davam etdirməlidir”,-deyə Çavuşoğlu bildirib. O, bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bütün Avropa üçün çox vacibdir.

 

Çavuşoğlu hesab edir ki, Ermənistan və Türkiyə arasında razılaşma regionda sülh və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verə bilər.   

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir