Modern.az

Gənclər Təşkilatları Milli Şurasının üzvləri iranlı gənclərlə görüşüblər

Gənclər Təşkilatları Milli Şurasının üzvləri iranlı gənclərlə görüşüblər

25 Yanvar 2010, 20:12

İran İslam Respublikasının (İİR) Milli Gənclər Təşkilatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Modern.az xəbər verir ki, səfər Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəvəti ilə həyata keçirilir. Nümayəndə heyətinə İran Milli Gənclər Təşkilatı sədrinin müavini Məhəmməd Sadiq Əkbəri başçılıq edir. Səfər çərçivəsində tərəflər arasında idman və gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Yanvarın 25-də İrandan gəlmiş nümayəndə heyəti Azərbaycan Respublikası Gəncər Təşkilatları Milli Şurasının üzvlərilə görüş keçirib. Görüşdə iki ölkənin gəncləri arasında əməkdaşlığın yolları barədə müzakirələr aparılıb. Qərara alınıb ki, bundan sonra əlaqələr gücləndirilsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?