Modern.az

İran Xəzər dənizində neft yatağı aşkar edib

İran Xəzər dənizində neft yatağı aşkar edib

17 İyul 2012, 12:29

Modern.az xəbər verir ki, İran Xəzər dənizində ümumi ehtiyatı iki milyon barel olan neft yatağı aşkar edib. Xəzər hasilat və kəşfiyyat Şirkətinin (KEPCO) direktoru Əli Osuli bildirib ki, yeni yataq Gilan əyalətinin sahili ərazisində, “Sərdarə Canqal” neft-qaz sahəsində aşkarlanıb.

Direktorun sözlərinə görə, bu yataqdakı neft tərkibində zəhərli sulfid olmadığından çox keyfiyyətlidir.
Hazırda “Sərdarə Canqal” neft yatağı bir günə 8000 barel neft hasil edilir.

Aygün Asifqızı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?