Modern.az

Türk əsgəri Qarabağa nə vaxt gəlir? - Gözlər Ərdoğanda… - AÇIQLAMA

Türk əsgəri Qarabağa nə vaxt gəlir? - Gözlər Ərdoğanda… - AÇIQLAMA

19 Noyabr 2020, 13:28

“Türkiyə əsgərlərinin Azərbaycana nə zaman gələcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq”.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.


Türkiyəli deputat qeyd edib ki, türk əsgərlərinin Qarabağda hansı bölgələrə yerləşdirilməsinə də Rəcəb Tayyip Ərdoğan qərar verəcək.


Şamil Ayrımın sözlərinə görə, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi məsələsi çox da uzana bilməz:

 

“Düşünürəm ki, ya bu gün, ya da sabah bu barədə məlumatlar açıqlanar. Gecikəcəyini zənn etmirəm”.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi sənəd təsdiq olunub.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?