Modern.az

“Qəhrəman şəhər” statusu hansı imtiyazlar verir? - TARİX

“Qəhrəman şəhər” statusu hansı imtiyazlar verir? - TARİX

Mədəni̇yyət

23 Noyabr 2020, 15:38

Sovet İttifaqı İkinci Dünya Müharibəsi zamanı düşmən hücumuna qarşı inadkar müqavimət və kütləvi qəhrəmanlıq nümunəsi göstərən şəhərlərə “Qəhrəman şəhər” statusu verirdi. 1965-ci il mayın 8-də Sovet Ali Sovetinin Rəyasət Heyəti bununla bağlı xüsusi qanun etmişdi.

 

Modern.az xatırladır ki, həmin qanunla şəhərlərə “Qızıl Ulduz” medalı və “Lenin” ordeni verilir, həmin mükafatlar şəhərin gerbinə yerləşdirilir, “Qəhrəman şəhər”də müvafiq abidə ucaldılırdı. Bu adı alan şəhərlərin xüsusi imtiyazları yox idi.

 

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1965-ci ildə Leninqrad (indiki Sankt-Peterburq), Odessa, Sevastopol, Volqoqrad, Kiyev və Moskvanı “Qəhrəman şəhər”, Bresti isə “Qəhrəman qala” fəxri adı vermişdi. Müxtəlif illərdə Kerç, Novorossiysk (1973-cü il), Minsk (1974-cü il), Tula (1976-cı il), Murmansk (1985-ci il) və Smolensk (1985-ci il) “Qəhrəman şəhər” adını alıb.

 

Bir sıra sosialist ölkələrində “Qəhrəman şəhər”in analoqu var idi. Məsələn, keçmiş Yuqoslaviyada Hitler Almaniyası və müttəfiq ölkələrə qarşı mübarizə aparan vətəndaşlar, hərbi hissələr, siyasi təşkilatlar və şəhərlər “Xalq Qəhrəmanı Ordeni” ilə mükafatlandırılırdı.

 

Yuqoslaviyanın Lyublyana, Drvar, Belqrad, Zaqreb, Novi-Sad, Prilep, Priştina və Çetine şəhərləri bu fəxri ada layiq görülüblər.

Paralel olaraq, Kuba və Vyetnam da “Qəhrəman şəhər” statusu alan şəhərlər var.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir