Modern.az

Hərbçilərimiz Ağdamda Səxavət Məmmədovun qəbrini tapdılar - VİDEO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmədovun qəbrini tapdılar - VİDEO

Mədəni̇yyət

25 Noyabr 2020, 14:35

Hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.  

 

Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb.  1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

 

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar