Modern.az

İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı”

İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı”

Mədəni̇yyət

26 Noyabr 2020, 12:35

"Argentinalı əfsanə Dieqo Maradona futbol tarixində iki dəfə ən bahalı oyunçu rekordunu qıran futbolçu idi. Öz dövrünün böyük futbolçusu olan Dieqo Maradona 70-80 illərdə Argentina milli komandasında və “Napoli” klubunda ən güclülərdən olub. Dünya futboluna öz möhürünü vuran əfsanə futbolçu artıq aramızda deyil".

Bu sözləri tanınmış idman jurnalisti Aydın Bağırov Maradonanın dünya futbolunda olan yeri haqqında Modern.az-a danışarkən deyib. O bildirib ki, Mardonanın futboldan kənar həyata və narkotikə olan meyilliliyi onun həyat faciələrinin əsasını qoydu:

"1994-cü ilin dünya çempionatında FİFA Maradonanı narkotik səbəbi ilə cəzalandırıb, bir müddət futboldan uzaqlaşdırmışdı. Bu cür hadisələr olmasına baxmayaraq, onun narkotikdən asılılığı davam etdi. Dünya futbolunda ziddiyyətli bir persona olaraq qaldı. Bəzən qeyri-ciddi hərəkətləri ilə gündəmə gəlirdi. Digər məşhur futbolçular kimi öz nüfuzunu saxlamaq onun üçün çətin idi. Müxtəlif dərmanlara, narkotikə olan bu asılılıq Maradona kimi böyük futbolçunun aramızdan getməsinə səbəb oldu".

A.Bağırov qeyd edib ki, müxtəlif fikirlər var ki, Maradonanın vəfatı ilə böyük futbol dayandı, öldü, amma bu cür iddialar doğru deyil:

"Maradona futbol kariyerasını 1997-ci illərdə bitirib. 1997-ci illərdən sonra futbol inkşafa davam edirdi. Bugünkü futbolda Messi, Ronaldo kimi böyük adlar var və yeni adlar da əlavə olunacaq. Böyük futbolda hər şey davam edir".

Mehri QURBAN

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı