Modern.az

Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”

Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”

27 Noyabr 2020, 14:02

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Ermənistanla Azərbaycanın Kəlbəcər rayonu arasında yerləşən Zod qızıl yatağı ətrafında yaranmış vəziyyətə də toxunub:

“Zod qızıl yatağının yarısı Azərbaycan, yarısı isə Ermənistan ərazisinə düşür. Üçtərəfli razılşaya görə, Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı ilə həyata keçirilir”.

 

Nikol Paşinyan ölkə müxalifətini qanlı yolla hakimiyyətə gəlmək niyyətində ittiham edib. O həmçinin, yalnız rəsmi informasiyaya güvənməyə çağırış edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub