Modern.az

Fransadakı diaspor rəhbəri: “Bütün senatorlara məktub yazmışdıq”

Fransadakı diaspor rəhbəri: “Bütün senatorlara məktub yazmışdıq”

Diaspor

27 Noyabr 2020, 17:18

Fransa senatı təcavüzkar Ermənistanın mövqeyindən çıxış edərək, qondarma “Dağlıq Qarabağ”la bağlı qərar verməklə birtərəfli mövqeyini və təcavüzkarlığı qəbul etdiyini göstərdi. Fransa parlamentinin qəbul etdiyi, Azərbaycanın maraqlarına zidd olan bu qətnamə qətiyyətlə pislənib.

Mövzu ilə bağlı Modern.az-a danışan Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərovanın sözlərinə görə, Fransada dekabrın 15-nə qədər sərt karantin rejimidir. Bununla yanaşı, həm də komendant saatıdır:

“Bizim heç bir yerə toplaşmaq hüququmuz yoxdur. Evdən çölə çıxmaq üçün 1 saatlıq icazə alırıq. Onu da xüsusi bir səbəb olduğu təqdirdə edirik. Ona görə, bu bir ay ərzində heç bir yerə toplaşmaq hüququmuz yoxdur”.


G.Səfərova qeyd edib ki, Azərbaycan diasporunun üzvləri bu işlərlə bağlı istər Senatın qanun layihəsi, istərsə də digər məsələlərlə bağlı iki aya yaxındır, dayanmadan bütün siyasi instansiyalara məktublar yazırlar:

“Prezidentin, Xarici İşlər Nazirliyinin adına çoxlu məktublar yazılıb”. 

Assosiasiyanın rəhbəri bildirib ki, senatorlara da səsvermədən 1-2 gün əvvəl 24 noyabr tarixində məktublar göndərilib:

“Bütün senatorlara konfliktin yaranma səbəbləri barəsində məktublar göndərmişik. Biz burada əsasən Fransanı neytrallığa çağırırıq. Sabah da bütün diasporun  adından digər məktublar göndəriləcək. İndiki dövrdə evdən çölə çıxmaq, toplaşmaq hüququ olmadığı üçün ən çox sosial şəbəkələrdə aktivlik göstərilir. Azərbaycana qarşı çıxış edən hər kəsə qarşı biz maksimum dərəcədə cavab veririk. Çalışırıq ki, onlara düzgün məlumatları çatdıraq”.

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir