Modern.az

Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq”

Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq”

Parlament

29 Noyabr 2020, 12:07

"Fransa senatında Azərbaycana qarşı səsvermədə 10-dan çox deputat iştirak etməyib. Təəssüf ki Azərbaycana hər zaman dost mövqeyində çıxış etmiş Natali Qulinin sənədin əleyhinə verdiyi səsi Fransa senati lehinə qəbul edib".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib. Qrup rəhbərinin sözlərinə görə, bu məsələ Milli Assambleyada da müzakirə olunub:

 

"Azərbaycan Fransa parlamentlərarası dostluq qrupu Milli Assambleyada da fəaliyyət göstərir. Yuxarı palatada da dostluq qrupu mövcuddur. Çalışdığımız qədər hər iki dostluq qrupu ilə əməkdaşlığımızı davam etdiririk. Görüləcək işlər olduqca çoxdur. Ümumiyyətlə dostluq qrupunun üzvlərini nə onların, nə də bizim seçmək ixtiyarımız var. Bu məsələ ilə bağlı onlara etiraz məktubunda da fikirlərimi yazmışam ki belə olmaz".

 

Soltan Məmmədov məsələnin dekabrda yenidən müzakirəyə çıxarılacağından da söz açıb:

 

"Dekabrın əvvəllində Milli Assambleyada yenidən məsələni müzakirəyə çıxartmaq istəyirlər. Biz etirazımızı edirik. Güman ki, parlamentlərarası dostluq qrupuna yenidən baxacağıq. Çünki biz heç də dostluq qrupu münasibətlərindən asılı ölkə deyilik. Münasibətlər ikitərəfli maraqlara xidmət etməlidir. Bundan sonrakı nəticə müsbət olacağı təqdirdə belə, Fransa senatının mövqeyini ciddi qəbul edib istər qanunvericilik, istərsə də dövlətçilik səviyyəsində münasibətlərə yenidən baxırıq. Bu cür addımlar təxribat xarakteri daşıyır. Onları haqq-ədaləti görməyə çağırırıq. Ümid edirik ki, Milli Assambleya Azərbaycanın haqq işini görəcək. Əks halda dostluq qrupu ilə münasibətlərimizi fərqli formada quracağıq".

 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Fransa senatında "Dağlıq Qarabağ Respublikasını" tanıyan sənəd qəbul edilib. Azərbaycan parlamenti çirkin sənədə qarşı etirazını kəskin şəkildə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir