Modern.az

“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir”

“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir”

Qarabağ

29 Noyabr 2020, 18:05

“Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin tətbiqinə nəzarət etmək məqsədilə Rusiya və Türkiyənin Dağlıq Qarabağda yaradılacaq ortaq mərkəzinin quruluşu və vəzifələrinə dair texniki detallarla bağlı müzakirələr davam edir”.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bildirib. O, Azərbaycanın işğaldan azad olunan torpaqlarının minalardan təmizlənməsi işlərindən danışaraq, dekabrın 1-də Laçın rayonunun işğaldan azad ediləcəyini xatırladıb.

 

“Türkiyə Azərbaycan türkünün haqlı mübarizəsində bütün imkanlarıyla onun yanındadır”, - deyə Kara bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir