Modern.az

Milli Məclisdə AİDS-lə mübarizəyə dair qanun layihəsi müzakirə olunub

Milli Məclisdə AİDS-lə mübarizəyə dair qanun layihəsi müzakirə olunub

26 Yanvar 2010, 16:03

Yanvarın 26-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi, Sosial siyasət komitəsinin 2009-cu ul payız sessiyası ərzində gördüyü işlərin hesabatı müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli bildirib ki, yaz sessiyasının gedişində mümkündür ki, hansısa yeni qanun layihəsi müzakirələr siyahısına daxil olsun. Qeyd edək ki, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında” qanun layihəsi parlamentin payız sessiyasında birinci oxunuşdan keçib. Qanun layihəsinin parlamentin bu yaxınlarda öz işinə başlayacaq yaz sessiyasının ikinci və üçüncü oxunuşlarına çıxarılacağı, qəbul olunacağı gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir