Modern.az

Kişi və qadın

Kişi və qadın

21 İyul 2012, 15:33

Viktor Hüqo

esse

Kişilər – daha şüurlu varlıqdır…

Qadın – ideallar arasında ən yüksəyidir…

Kişi – beyindir. Qadın – qəlb...

Beyin – işıq saçır, qəlb – sevgi bəxş edir.

İşıq – dölləndirir, sevgi – can verir.

Kişi – zəkası ilə güclüdür. Qadın – göz yaşlarıyla.

Zəka – inandırır. Göz yaşları – heyrətləndirir...

Kişi istənilən igidliyə qabildir.

Qadın, ilk növbədə, əzabkeşliyə.

İgidlik – məşhurlaşdırır. Əzabkeşlik – ucaldır...

Kişi – koddur, Qadın – İncil.

Kod – ixlas edir, İncil – kamilləşdirir...

Kişi – düşünür, qadın – arzulayır.

Düşünmək – çənədə çuxura malik olmaqdır.

Arzulamaq – başın üzərində çələngin olması deməkdir...

Kişi – uçan qartaldır.

Qadın – oxuyan bülbül.

Uçmaq – səmada hakim olmaq üçün.

Oxumaq – qəlbi fəth etməkdən ötrü.

Və nəhayət!.. Kişi torpağın qurtardığı yerdədir.

Qadın – səmanın başladığı yerdə.

Çevirdi: Əziz Rzazadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı