Modern.az

İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib

İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib

1 Dekabr 2020, 11:54

 

İsveçrənin “Le Temps” qəzeti Qarabağ həqiqətlərini oxucularına təhrif olunmuş formada təqdim edib. Bununla əlaqədar olaraq, həmvətənlərimiz “La Temps” qəzetinin redaksiyasına etiraz məktubu ünvanlayıblar.

 

Modern.az xəbər verir ki, məktubda qeyd olunur ki, bu ölkədə yaşayan azərbaycanlılar əslində bitərəf mövqe sərgiləməli olan mətbuat orqanının erməni təxribatına uymasından, eləcə də Qarabağ həqiqətlərini ölkə ictimaiyyətinə təhrif edilmiş formada təqdim etməsindən dərin təəssüf hissi keçirirlər. Həmçinin, məktubda Xocalı soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının yurd-yuvasından didərgin düşməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin 27 il ərzində yerinə yetirilməməsi barədə məlumat verilib.

 

Bundan əlavə, sentyabrın 27-dən etibarən işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yaşayan mülki əhalisinə qarşı törətdiyi terror aktları və işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən ekoloji terror barədə informasiya da qəzetin redaksiya heyətinin diqqətinə çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir