Modern.az

Bakıda bəzi istixanaların fəaliyyəti dayandırılıb

Bakıda bəzi istixanaların fəaliyyəti dayandırılıb

Təhsil

26 Yanvar 2010, 17:07

ARDNŞ “Azəriqaz” İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi qış mövsümü ilə əlaqədar istixanalarda qaz itkisinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirir. Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək paytaxtdakı 1099 istixana ilə “Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqavilə bağlayıb.
Həmin istixanaların 789 ədədi Əzizbəyov, 40 ədədi Suraxanı, 261 ədədi Sabunçu, 6 ədədi Binəqədi, 3 ədədi isə Qaradağ rayonu ərazilərində yerləşir. Bakı şəhərində fəaliyyət göstərən istixanalarla müqavilələrin bağlanılması prosesi davam etdirilir. Bununla paralel olaraq, fəaliyyət göstərməyən istixanaların qaz təchizatı dayandırılır.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır