Modern.az

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Aktual

2 Dekabr 2020, 21:59

Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində pandemiyadan 193 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. 

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 129 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 6 690 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 513 656 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı