Modern.az

ABŞ-da koronavirusdan rekord ölüm

ABŞ-da koronavirusdan rekord ölüm

3 Dekabr 2020, 09:12

ABŞ-da son sutka ərzində koronavirusdan 2 760 nəfər dünyasını dəyişib.

 

Modern.az bildirir ki, bu barədə “The New York Times” qəzeti xəbər verib.

 

Bununla da aprelin 15-də qeydə alınan antirekord (2 752 ölüm) yenilənib.

 

Con Hopkins Universitetinin məlumatlarına əsasən, ABŞ-da koronavirusa 13,9 milyondan çox yoluxma halı qeydə alınıb, 273 316 nəfər dünyasını dəyişib. Hər iki göstəriciyə görə ölkə dünyada birinci yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub