Modern.az

Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb

Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb

Ölkə

3 Dekabr 2020, 14:34

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 100 nəfərdən artıq hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

 
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür.

Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

 

Rəsmi məlumata görə, Vətən Müharibəsində 2783 nəfər hərbi qulluqçumuz həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

 

"Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - rəsmi məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar