Modern.az

Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq

Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq

3 Dekabr 2020, 14:50

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın həyata keçirilməsi, təhsil ocaqlarının açılması, iqtisadi zonanın yaradılmasına ehtiyac var. Çünki ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra geriqayıdışla bağlı məsələlərə start veriləcək.

Qarşıda duran əsas işlərdən biri isə işğaldan azad edilmiş ərazilərlə bağlı qanunvericilik bazasının hazırlanmasıdır.

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, məskunlaşma  qanunla tənzimlənməyəcək:


“Sadəcə olaraq qayıdış cənab Prezidentimizin sərəncamları və fərmanları, Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənəcək. Ərazilərimiz işğaldan azad olunub. Həmin ərazilər Azərbaycandır. Sərhədlərimiz bərpa olunub. Lazımi prosedurlar yerinə yetirildikdən sonra vətəndaşların təhlükəsiz torpaqlara qayıtması, təhlükəsiz yaşaması və müvafiq infrastrukturun yaradılması həllini tapacaq”.

Təhsil, iqtisadiyyat kimi məsələlərin qanunverici bazasının hazırlanacağından danışan deputat buna ehtiyac olduğunu bildirib:

“Milli Məclisin təşəbbüsü ilə qanun layihəsi hazırlanacaq. Eləcə də həm də Prezident Administrasiyasından, həm Nazirlər Kabinetindən, həm də komitələrdən parlamentə layihə göndəriləcək. Qanunvericiliyin təşəbbüsü ilə Milli Məclis də bu məslələrlə məşğul olacaq. Bunların hamısı zamanın tələbi ilə gerçəkləşəcək. Məsələn, nümunə üçün ilk işğaldan azad edilən ərazi olan Cocuq Mərcanlını götürək. Orada proseslər necə gedibsə, elə olacaq. Artıq bu məsələlər ölkə başçısının nəzarəti ilə baş tutacaq. Hamısı ardıcıllıqla yerinə yetiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir