Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.
Modern.az xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Əslən Zəngilan rayonundan olan prokuror bu gün koronavirusdan vəfat edib.
Ş.Alməmmədov dekabrın 4-də Göygöl rayonunda torpağa tapşırılacaq (report).