Modern.az

Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu

Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu

4 Dekabr 2020, 10:28

Yazıçı-jurnalist Mahir Qabiloğlunun “İTBAŞI” romanının 3-cü hissəsi çapdan çıxıb. «İTBAŞI» romanının sonuncu - 3-cü hissəsi "Adiloğlu" nəşriyyatında nəşr edilib.  Redaktoru Eldəniz Elgün, bədii tərtibçisi isə Zaur Qafarzadədir.

Modern.az-ın məlumatına görə, “İTBAŞI” romanının 3-cü hissəsinin siqnal nüsxəsinin çap olunduğu bu gün həm də Mahir Qabiloğlunun doğum tarixidir, onun 54 yaşı tamam olub.

 

Mahir Qabil oğlu İmamverdiyev 4 dekabr 1966-cı ildə Bakıda Xalq şairi Qabilin ailəsində anadan olub. Bakıdakı 190 nömrəli məktəbdə orta təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin “Dədə-Qorqud Ensiklopediyası”nda ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Space” televiziyasının “Hər gün” İnformasiya Proqramında Baş redaktorun müavini, “Xalq qəzeti” qəzetində Redaksiya Heyətinin üzvü və İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Hazırda sərbəst yaradıcılıqla məşğuldur. Müxtəlif qəzet, jurnal və saytlarda bədii, publisistik yazıları və tərcümələri yayımlanır.

 

“Atam Qabilin qəribə əhvalatları” (2011), “Ərmən – Şuşanikin sevgisi” (2014), “Cəncəhim” romanı (2014), “Alim-hakim” (2014), “Qurd yağı” (2015), “Sandıq” (2015), “Əlli yaşında mən...” (2016), Leyla xanım Əliyevanın tərcümələrindən ibarət “Poeziya” (2016), “Tanınmış tanışlar” (2018) və “İtbaşı” – (I və II cild -2019) adlı kitabları artıq oxuculara təqdim olunub. Xalq şairi Qabilin 7 cildlik külliyyatının (“Adiloğlu” nəşriyyatı-2017) tərtibçisi, redaktoru və naşiridir.

 

Azərbaycan Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinın üzvüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir