Modern.az

Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq

Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq

Parlament

4 Dekabr 2020, 15:26

Yaxın vaxtlarda büdcə müzakirələri başlayacaq. Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

 

V.Əhmədov qeyd edib ki, büdcə müzakirələrinin ötən ayın sonundan başlanılması planlaşdırılsa da, həm Vətən müharibəsi, həm də çox sayda deputatın virusa yoluxması səbəbindən hələlik saxlanılıb:

“Amma ilin sonunadək müzakirələrə başlanılmalıdır. Hələlik büdcə bizə təqdim olunmayıb. Ümumiyyətlə, vəziyyətlə əlaqədar belə təklifimiz vardı ki, bir qanun layihəsi qəbul edək və büdcə ilə bağlı qərar dövlət başçısı tərəfindən verilsin. Amma sonradan büdcə müzakirələrinin aparılacağı qərarı verildi”.

 

Palamentarinin sözlərinə görə, növbəti ilin dövlət büdcəsində 3 məsələ prioritet olacaq.



"Birincisi şəhid ailələri, qazilər və yaralıların sosial vəziyyəti, evlə təminatı, aylıq müavinətlərinə yenidən baxılmasıdır. Nazirliyin məlumatlarına görə, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat manatdır. Bizə daxil olan məlumatlara görə isə məbləğlə bağlı narazılıqlar var. Ona görə büdcə imkanlarına əsasən məsələyə mütləq baxılacaq.

 

İkinci məsələ, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yaşayış üçün bərpa işlərinin aparılması və normal infrastrukturun qurulmasıdır. Bu da kifayət qədər böyük vəsait sərf edən layihələrdir. Artıq işğaldan azad edilmiş ərazilərimizə yolların çəkilməsi, qazlaşdırma, elektrik enerjisilə təminata başlanılıb.

Hazırda hamımını narahat edən üçüncü məsələ dünyanı bürüyən koronavirus pandemiyasıdır. Bu sahəyə də kifayət qədər vəsait lazımdır. Dövlət başçısı təxminən 2,5 milyard dollara yaxın vəsait sərf edib. Amma vəziyyət getdikcə pisləşdiyindən bu sahəyə də baxılmalıdır. Beləliklə büdcə müzakirələri zamanı qeyd etdiyim əsas üç məsələyə diqqət ayrılacaq”.

 

Deputat hazırda neft qiymətlərinin 50 dollara yaxın olmasını müsbət qiymətləndirib:

 

“Müharibədən çıxmış və pandemiya şəraitində olan dövlət üçün bu çox əhəmiyyətlidir. Ümumi daxili məhsulda azalmlar olsa da, qeyri-neft sektoru üzrə ixrac potensialımız yüksəkdir. Neftin hazırkı qiymətləri büdcə üçün olduqca əlevrişlidir».

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir