Modern.az

Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər

Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər

4 Dekabr 2020, 17:56

Erməni diplomatlar Baş nazir Nikol Paşinyan və Ermənistan hökumətinin istefasını tələb edən birgə bəyanat yayıblar.

 

Modern.az “Spuntik Ermənistan”a istinadən xəbər verir ki, diplomatlar qeyd ediblər ki, hakimiyyətin yürütdüyü uzaqgörən olmayan xarici siyasət ölkəni ciddi problemlər qarşısında qoyub. Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilməyib, İran, Çin, Gürcüstan ilə tərəfdaşlıqlar, eləcə də ABŞ, Avropa və digər sahələrdə çoxşaxəli əlaqələr fəal şəkildə inkişaf etdirilməyib. Onların fikrincə, bütün bu amillər birlikdə 9 noyabr tarixində kapitulyasiya aktının imzalanmasına səbəb olub.

 

Eyni zamanda, keçmiş səfirlər və xüsusi elçilər imzalanan sənəddə xüsusilə Dağlıq Qarabağın vəziyyəti, ərazilər, rabitə blokadası, əsir və girov götürülənlər, ölənlərin cəsədlərinin mübadiləsi, habelə məcburi köçkünlərin və qaçqınların geri qaytarılması ilə bağlı bir çox sualın cavablanmadığını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir