Modern.az

Bakıda ofisdən oğurluq olub

Bakıda ofisdən oğurluq olub

4 Dekabr 2020, 18:38

Paytaxtda oğurluq edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-nə keçən gecə rayon ərazisindəki ofislərin birindən 6450 manat dəyərində kompyüter, 3 ədəd mobil telefon və 5 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?