Modern.az

Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz”

Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz”

4 Dekabr 2020, 22:09

"Covid-19 bəlasından qurtarmaq üçün xəstələri xətasız müalicə edən həkimlərə təşəkkür edirəm".

 

Modern.az-ın məlumatına görə, bunu koronavirusdan sağalan deputat Etibar Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu virus onu göstərdi ki, hər bir həkim öz ixtisası üzrə çalışmalı, digər sahələrə müdaxilə etməməlidir.

 

"Covid-19-dan xeyli sayda dissertasiyalar yazılacaq. Bəlkə Vaksini tapana Nobel mükafatı da veriləcək.

 

Maraqlıdır ki, hələ də virusa yoluxmuş xəstələrə antibiotiklərin verilib-verilməməsi məsələsi açıq qalır. İxtisası infeksion xəstəliklər olmayan bir həkim mənə antibiotiklə müalicə yazdı. İxtisası infeksion xəstəliklər olan başqa bir həkim isə qəti şəkildə antibiotikdən (azitromisin) imtina eməyi tövsiyyə etdi. Əlbəttə ki, mütəxəssisin tövsiyyələrinə qulaq asdım və Covid-19-la vidalaşdım.

Bəlkə də səhv edirəm: Covid-19 virusu bir həftə (5-6 gün də ola bilər) sənin tabeçiliyndə olur. Bu müddət ərzində ona qələbə çalmalısan. Onu başına buraxandan sonra o səni əsarətinə alır. Və yaxanı onun əlindən qopartmaq çətinləşir. Onunla qətiyyən zarafat etmək olmaz. Zarafatı heç xoşlamır. Allah hamımızın köməyi olsun...", - deyə Etibar Əliyev özünün feysbuk hesabında yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?