Modern.az

FİFA-dan dünya çempionatı ilə bağlı qərar

FİFA-dan dünya çempionatı ilə bağlı qərar

4 Dekabr 2020, 22:22

2021-ci il klublararası dünya çempionatının təxmini vaxtı və formatı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, FİFA gələn il Yaponiyada keçiriləcək turnirdə 7 komandanın mübarizə aparacağını açıqlayıb.

 

Hələlik yarışın dəqiq tarixi məlum olmasa da, ilin sonunda təşkili planlaşdırılır. Ali futbol qurumu turnirin 24 klubun iştirakı ilə Çində keçirilməsini istəsə də, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranan sıxlığı nəzərə alaraq, bu qərara gəlib.

 

Qeyd edək ki, 2020-ci il klublararası dünya çempionatı gələn ilin fevralına təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı