Modern.az

Şəhidlərimiz Vyanada anıldı

Şəhidlərimiz Vyanada anıldı

6 Dekabr 2020, 08:35

Avstriyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Azərbaycanın Avstriyadakı səfirliyi önündə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb, xatirə guşəsinə əklil qoyulub.

 

Modern.az xəbər verir ki, səfirlik önünə yığışan Azərbaycan və türk diasporlarının fəalları dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğulların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son ilərdəki vəziyyət, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, mülki əhali və infrastrukturun hədəfə alınması barədə danışıb. O bildirib ki, daim sülh və əmin-əmanlıq tərəfdarı olan Azərbaycan xalqı Ermənistanın işğalına sülh yolu ilə son qoyulmasına tərəfdar olsa da, havadarlarına arxalanan Ermənistan son dövrlərdə daha da azğınlaşaraq, təxribat və hücumlarla yeni ərazilər işğal etmək iddiasına düşmüşdülər.

 

Azərbaycan xalqının səbr kasasını daşdıran belə hücumlardan biri bu ilin sentyabr ayında geniş miqyaslı əks-hücum əməliyyatları ilə nəticələndi. Qısa zamanda düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələri həm torpaqları işğaldan azad etdi, həm də Ermənistanın hərbi potensialına ağır zərbə vurdu. Azərbaycan Ordusunun həmlələrinə tab gətirməyən Ermənistan tərəfi 10 noyabr tarixli bəyanatı imzalayaraq, Azərbaycan torpaqlarının işğalına son qoymağa vadar oldu.

 

O, əzəli Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsində şəhid olan soydaşlarımızın əziz xatirəsinin yaddaşlarda əbədi yaşayacağını vurğulayaraq, Azərbaycan xalqının öz igid övladlarının misilsiz rəşadət və fədakarlığını unutmayacağını bildirib.

 

Sonda Azərbaycan torpaqlarının işğaldan azad olunmasında canından keçən oğul və qızlarımızın xatirəsinə dualar oxunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir