Modern.az

Parlamentdə şəhid ailələri və veteranlarla bağlı dinləmə keçiriləcək

Parlamentdə şəhid ailələri və veteranlarla bağlı dinləmə keçiriləcək

Parlament

6 Dekabr 2020, 21:22

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bu barədə məsələ komitənin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Həmçinin, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib. 

Eyni zamanda iclasda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək. 

 

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü