Modern.az

Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşüb

Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşüb

27 Yanvar 2010, 11:01

Yanvarın 27-də səhər Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.

Bu gün Davosda ümumdünya iqtisadi forumu işə başlayır. Hər il keçirilən ənənəvi forumun bu ilki devizi “Planetin vəziyyətini yaxşılaşdıraq: dünyanı yenidən dərk edək, yenidən quraq”dır. Yanvarın 31-nə kimi davam edəcək forumda dünyanı bürümüş maliyyə və iqtisadi böhran da müzakirə obyekti olacaq.
Forumda 90 ölkədən 2500 nümayəndənin iştirakı gözlənilir. Tədbiri Fransa prezidenti Nikolya Sarkozi açacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır