Modern.az

Prezidentin qızı məhkəməni uddu

Prezidentin qızı məhkəməni uddu

Dünya

8 Dekabr 2020, 14:32

Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnarə Kərimova İsveçrədəki məhkəmədə udub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarına, əsasən, Kərimovanın dondurulmuş 350 milyonluq aktivi özünə qaytarıla bilər.

Avropa ölkələrində Kərimovayla bağlı cinayət işləri 2012-ci ildən başlayıb. Özbəkistan rəhbərliyinin hesablamalarına görə, onun xaricdə 1,2 milyard dollar dəyərində aktivi var. Nağd pullarının çox hissəsi İsveçrədə saxlanılır. İngiltərədə, Fransada, BƏƏ isə Kərimovanın şirkətləri bahalı daşınmaz əmlak əldə ediblər.

Özbəkistanın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu vaxta qədər ölkəyə qaytarılan pul vəsaitinin həcmi 32 milyon dollar təşkil edir.

Mart yaında G. Kəruimovaya qarşı yeni cinayət işi açılıb. Hazırda o, Daşkənd vilayətinin qadın koloniyasında cəza çəkir. Özbəkistan hökuməti onun əmlakını və pul vəsaitini ölkəyə qaytarmağa çalışır.         

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır