Modern.az

TQDK bu gün Ağstafa şəhərində zona müşavirəsi keçirir

TQDK bu gün Ağstafa şəhərində zona müşavirəsi keçirir

Təhsil

27 Yanvar 2010, 11:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 27-də Ağstafa şəhərində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək.
Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edirlər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub